Gürcü Arzusu UNM partiyasını qadağan etmək istəyir

“Gürcü Arzusu” oktyabr seçkilərindən sonra müxalifətə qarşı qarşıdan gələn repressiyaları təsdiqləyərək, qalib gələcəyi təqdirdə Vahid Milli Hərəkatın fəaliyyətini qadağan edəcəyini vəd edib.

Gununsesi.info Gürcüstan mediasına istinadən xəbər verir ki, akim partiyanın siyasi şurasının bəyanatında deyilir: “Konstitusiya çoxluğu əldə edilən kimi biz Milli Hərəkat və onun bütün peyk və ya varis partiyalarının konstitusiyaya zidd elan edilməsi ilə nəticələnəcək məhkəmə prosesini başladacağıq”.

Burada həmçinin qeyd olunur ki, UNM əvvəllər məsuliyyətə cəlb edilməli idi, lakin “obyektiv səbəblər” buna mane olub.

Bu səbəblər arasında “Gürcü Arzusu” “UNM-nin xarici himayədarlığı”nın adını çəkməsidir.

 

 

İlhamə

Gununsesi.info