UEFA Çempionlar Liqasında pley-offun oyunlarına start verilib

  • By ilhame
  • 20 Avqust 2024 20:52

Bu gün UEFA Çempionlar Liqasında pley-offun oyunlarına start veriləcək.

 

Gununsesi.info xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da səfərdə ilk oyununa çıxacaq.

 

Qurban Qurbanovun komandası Xorvatiyada Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.

“Maksimir” stadionunda keçiriləcək qarşılama saat 23:00-da start götürəcək.

 

Qeyd edək ki, cavab oyunu avqustun 28-i Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də baş tutacaq.

 

Çempionlar Liqası

Pley-off, ilk oyun

20 avqust

 

23:00. “Dinamo” – “Qarabağ”

Baş hakim: Qlenn Nyuberq

Baş hakimin köməkçiləri: Mahbod Beiqi, Andreas Söderkvist

Dördüncü hakim: Adam Ladebek

VAR hakimləri: Bastian Dankert və Yohann Pfeifer

UEFA nümayəndəsi: Filip Popovski

“Maksimir” stadionu

Gununsesi.info