Tramp uduzsa nəticələrə etiraz etməyəcək

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp uduzacağı təqdirdə seçkinin nəticələrinə etiraz etməyəcək. Amma bir şərtlə ki, səsverməni ədalətli hesab etsin.

Gununsesi.info xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, əgər mən uduzsam, bu ölkə indiyə qədər görmədiyi vəziyyətə düşəcək – 1929-cu ildə olduğu kimi – amma uduzsam, seçki azad və ədalətli keçsə, mütləq gedəcəyəm. Onların nəticələrini qəbul edəcəm”.

Bildirilir ki, respublikaçı 2020-ci il prezident seçkilərində hazırkı ABŞ prezidenti Co Baydenə uduzduqdan sonra “nəticələri qəbul etməyib”: “Əgər görsəm ki, bizdə ədalətli və azad seçkilər olacaq və ümid edirəm ki, bunu deyə biləcəyəm, məndən daha nəcib bir insan görməyəcəksiniz. Mən nəcib bir insanam.

Onun sözlərinə görə, noyabrda keçiriləcək prezident seçkilərinin “azad və ədalətli” keçirilməsi üçün son dörd il ərzində addımlar atılıb.

 

 

Gununsesi.info