
ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasının Çikaqoda keçirilən Milli Konvensiyasında çıxış edərək prezident kimi fəaliyyətinə yekun vurub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, uğurları arasında o, Ukraynanı və onun Rusiya təcavüzünə qarşı müqavimət göstərmək qabiliyyətini qeyd edib.
Bayden vurğulayıb ki, nə o, nə də onun varisi Kamala Harris Putinə baş əymək niyyətində deyil:
“Tramp Putinin qarşısında diz çökəcək. Mən bunu heç vaxt etməmişəm və sizə söz verirəm, Kamala Harris bunu heç vaxt etməyəcək. Putin üç günə Kiyevi ələ keçirəcəyini düşünürdü. Üç il keçsə də, Ukrayna hələ də azaddır”.
O, həmçinin administrasiyasının qlobal alyansların möhkəmləndirilməsində uğurlarını qeyd edib.
“Mən NATO-nu gücləndirmək üçün Avropadakı tərəfdaş dövlət başçılarımla təxminən 190 saat vaxt keçirdim. Biz bunu bacardıq, İsveç və Finlandiyanı NATO-ya qatmaqla illərdir olmayan Avropanı birləşdirdik”, – deyə o vurğulayıb.
Bayden həmçinin amerikalıları Harrisə səs verməyə çağırıb və onu prezident seçkilərindən geri çəkilməyə inandıranlara qarşı kininin olmadığını bildirib: “Amerika, mən sənə əlimdən gələni etdim. “Mən sizə 50 il ərzində ən yaxşısını verdim”.
Şəbnəm
Gununsesi.info