McDonald’s Ukraynada mənfəətini artırıb

2024-cü ilin birinci yarısında Ukraynadakı McDonald’s restoranlar şəbəkəsinin gəliri 44% artaraq 7,8 milyard qrivnaya çatıb, mənfəəti isə 80%-dən çox artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Forbes Ukraine məlumat yayıb.

Bildirilir ki, xarici investisiyalı “McDonald’s Ukraine LTD” şirkətinin mənfəəti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 82% artaraq 874,8 milyon qrivenə çatıb.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin birinci yarısında McDonald’s 5,4 milyard qrivna gəlir və 479,8 milyon qrivna mənfəət əldə edib.

Hazırda Ukraynadakı McDonald’s şəbəkəsində 100-dən çox restoran var.

 

 

Şəbnəm

Gununsesi.info