
2024-cü ilin yanvar-iyul ayları ərzində 31 306-sı oğlan, 27 542-i isə qız olmaqla ümumilikdə 58 848 uşağın doğumu dövlət qeydiyyatına alınıb.
Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, cari ilin yanvar-iyul ayları ərzində oğlan uşaqlarına ən çox Uğur, Hüseyn, Əli, Yusif, Raul, Ömər, Məhəmməd, Murad, Ayxan və Adəm, qız uşaqlarına isə Zəhra, Zeynəb, Məryəm, Aylin, Ayla, Nilay, Melisa, Fatimə, İnci və Mələk kimi adlar verilib.
Gununsesi.info