ABŞ-ın Rusiyaya zərbələr endirmək siyasəti dəyişməyib

Ukraynanın Rusiya Federasiyasının Kursk vilayətində keçirdiyi əməliyyata baxmayaraq, ABŞ-ın Rusiya ərazisinə Amerika silahları ilə uzaq mənzilli zərbələr endirmək siyasəti dəyişməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə bildirib.

“Onların hərbi əməliyyatları ilə bağlı bölüşəcək heç nəyim yoxdur. Onlar iki ildən artıqdır müşahidə etdiyimiz Rusiyanın təcavüzündən öz suveren ərazilərini müdafiə edirlər. Deyim ki, bizim siyasətimiz dəyişməyib. Sadəcə olaraq, mənim buna əlavə edəcəyim heç nə yoxdur”, – deyə Jan-Pyer Ukraynanın Kursk bölgəsindəki əməliyyatı kontekstində Ukraynanın Rusiyaya qarşı daha dərin zərbələr endirməsinə icazə verilməsi ilə bağlı sualı cavablandırıb.

 

 

İlhamə

Gununsesi.info