Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib

  • By ilhame
  • 20 Avqust 2024 22:01

Daşkəsən şəhərində bıçaqlanma hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü N. Hümbətov mübahisə zəminində bıçaq xəsarətləri alıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Müşfiq adlı şəxsin daha bir nəfərlə də mübahisə etdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info