Yaponiyada hava limanında qayçı itdi, 36 reys ləğv edildi

  • By Günel
  • 20 Avqust 2024 12:24

Yaponiyanın New Chitose hava limanında qayçı itdikdən sonra 36 reys təxirə salınıb, 201 reys gecikib.

Yaponiyadakı hava limanında yerləşən mağazadan 2 qayçı itdiyi üçün təhlükəsizlik yoxlamaları təxminən iki saat çəkərək, böyük növbələr və sıxlıq yaranıb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, səlahiyyətlilər itən qayçını ertəsi gün həmin mağazada tapıblar.

Yaponiya Nəqliyyat Nazirliyi Hokkaido Hava Limanında hadisənin səbəbini araşdırmağı və bir daha təkrarlanmaması üçün tədbir görməyi xahiş edib. Hokkaido Hava Limanından: “Biz bu hadisənin mağazada düzgün olmayan idarəetmə sistemlərindən qaynaqlandığını qəbul edirik. Bu hadisənin terrorla əlaqəli ola biləcəyini ehtimal etdik”, – deyə bildiriblər.

Sosial şəbəkələrdə insanlar hava limanındakı işçilərin hadisəyə reaksiyasını yüksək qiymətləndiriblər.
Bir istifadəçi “Bu hadisə Yaponiya aviasiyasının təhlükəsizliyini nümayiş etdirdi!” şərhini yazarkən, digəri isə, “Bu hadisə mənə Yeni Chitose Hava Limanının təhlükəsiz yer olduğunu bir daha xatırlatdı”,- deyə qeyd edib.

Yeni Chitose Tokio və Sapporo arasında dünyanın ikinci ən işlək daxili marşrutuna xidmət edən Yaponiyanın ən işlək hava limanlarından biri kimi tanınır. 2022-ci ildə bu hava limanından 15 milyondan çox sərnişin istifadə edib.

Günel

Gununsesi.info