Göyçayda avtomobildə meyit tapılıb

  • By ilhame
  • 20 Avqust 2024 21:10

Avqustun 20-də saat 16 radələrində Göyçay rayonunda avtomobildə üzərində xəsarət olan meyit aşkarlanması barədə polisə məlumat daxil olub.

 

Gununsesi.info-ya DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla həmin şəxsin 1987-ci il təvəllüdlü Ramin Malxasov olduğu müəyyən edilib.

 

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalar aparılır.

 

Əlavə məlumat veriləcək.

Gununsesi.info