Müdafiə Nazirliyi sürücü axtarır

Azərbaycan Ordusunun hərbi hissələrinə sürücü axtarılır.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, vakant sürücü vəzifələrinə mülki işçilərin qəbulu elan edilir.

Tələb olunan sənədlər aşağıdakılardır:

– C, D, E kateqoriyalı sürücülük vəsiqəsi;

– şəxsiyyət vəsiqəsi;

– hərbi biletin surəti;

– tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);

– rəngli fotoşəkil (2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);

– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklər barədə) arayış.

 

 

Gununsesi.info