Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olunub

  • By ilhame
  • 20 Avqust 2024 19:56

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olunub.

 

Gununsesi.info-ya bu barədə DİN Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb: “Görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri – R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər”.

Gununsesi.info