
Aktivlərinə görə ölkənin dördüncü böyük bankı olan Qırğızıstan MBank avqustun 19-da Rusiya banklarına bütün pul köçürmələrini dayandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə The Moscow Times yazır.
Bildirilir ki, qərar “qeyri-müəyyən müddətə” qəbul edilib və xüsusən də sanksiyalara məruz qalan Sberbank, Tinkoff və MTS-Bank-a təsir edəcək.
IBank-a daxilolma köçürmələri “sanksiyaya məruz qalmayan banklar vasitəsilə” həyata keçiriləcək.
Əvvəllər MBank, eləcə də Qırğızıstanın digər səkkiz bankı Rusiyanın pul köçürmə sistemləri ilə işi məhdudlaşdırılıb.
Qeyd edək ki, qərar ABŞ-ın Moskva Birjasına və onun əsas hesablaşma strukturlarına – Milli Klirinq Mərkəzinə və Milli Hesablaşma Depozitarına qarşı sanksiyalar tətbiq etməsindən bir gün sonra qəbul edilib.
Afət