Angelina Jolie və Brad Pittin qızı Shiloh atasının soyadından rəsmən imitina etdi

  • By Günel
  • 20 Avqust 2024 15:40

Angelina Jolie və Bred Pittin qızı Shilonun atasının soyadından imtina etməsi ilə bağlı qaldırdıqları məhkəmə prosesi yekunlaşıb. Shiloh bundan sonra yalnız anasının soyadını istifadə edəcək.

2016-cı ildə yollarını ayıran Angeliya Jolie və Bred Pitt hələ də gündəmdədir. Cütlüyün qızı Shiloh atasının soyadını artıq  stifadə etmək istəmədiyini bildirərək, məhkəməyə müraciət edib.

Gununsesi.info bu barədə “People” jurnalına istinadən  xəbər verir ki, bundan sonra tam adı Shiloh Nouvel Jolie- Pit olan gənc qız, artıq Shiloh Jolie olaraq adlanacaq.

“People” jurnalına reportajında Pitt buna təəssüfləndiyini, hər zaman qız uşağının olmasını, qızı doğulanda çox xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Jolienin Brad Pittlə evliliyindən Shiloh, Knox və Vivienne adlı üç övladı var. Ən böyük övladları Maddoxu Kambocadan, efiopiyalı qızı Zaharanı və vyetnamlı olan Paxı övladlığa götürüb.

Günel
Gununsesi.info