Azərbaycanda bu işçilərin maaşları artırıldı

“Şərq qapısı” qəzetinin əməkdaşlarının maaşları artırılıb.

 

Gununsesi.info “İqtisadiyyat.az”a istinadən xəbər verir ki, yeni ştat cədvəlinə uyğun olaraq qəzetin əməkdaşlarının əməkhaqları avqust ayının 15-dən yeni məbləğdə müəyyənləşib.

Məlumata görə, yaxın gələcəkdə qəzetin maddi-texniki bazasının yenidən qurulması üçün də işlərə başlanılacaq.

 

Qeyd edək ki, “Şərq qapısı” qəzeti XX əsrin əvvəllərində – 1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqanlardan biridir. 2010-cu ildə qəzet redaksiyası üçün yeni bina istifadəyə verilib, qəzetin rəngli nəşrinə başlanılıb. Hazırda qəzet həftədə beş dəfə çıxır.

 

 

Gununsesi.info