
Fələstin HƏMAS lideri Yəhya Sinvar İsraillə sülh danışıqlarının yeni mərhələsini “blef” hesab edir
Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” danışıqlarda ərəb vasitəçilərinə istinadən yazır.
Sinvarın sözlərinə görə, bu “blef”in məqsədi İsrailə əlavə vaxt verməkdir ki, İDF Qəzzada hücuma hazırlaşıb davam edə bilsin.
Vasitəçilər bildirirlər ki, Sinvar münaqişəni Qəzzadan kənara da genişləndirməklə İsrailə təzyiqi artırmağa çalışır.
Ötən həftə Qətər, Misir, ABŞ və İsrailin iştirakı ilə Qəzza zolağında atəşkəslə bağlı danışıqlar Dohada keçirilib.
HƏMAS xüsusi atəşkəs şərtlərinin olmamasını əsas gətirərək iştirakdan imtina edib.
ABŞ, Qətər və Misir bəyanat yayaraq, təklif edilən atəşkəs razılaşmasının tərəflər arasında fikir ayrılıqlarını azaldacağını bildirib.
Qeyd edək ki, Netanyahu daha əvvəl demişdi ki, İsraillə Həmas arasında müharibə 2025-ci ilə qədər davam edəcək.
Günay