Cavanşir Feyziyev seçiciləri ilə görüş keçirdi – Fotolar

  • By Günel
  • 20 Avqust 2024 10:34

1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 115 saylı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev seçicilərlə növbəti görüşünü keçirib.

Gununsesi.info xəbər verir ki, Cavanşir Feyziyevin seçicilərlə budəfəki görüşü  Şəki rayonunun Böyük Dəhnə kəndində baş tutub.

Görüşdə iştirak edən kənd sakinləri ötən çağırış müddətində deputatın fəaliyyətindən razı qaldıqlarını ifadə edərək bildiriblər ki, qarşıdan gələn parlament seçkilərində də, Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklər.

 

Gununsesi.info