
O qeyd edib ki, milli inkişaf strategiyası bütün sahələri əhatə edir, həyata keçirilən islahatlar dövlətimizin qüdrətinin artırılmasına hədəflənib.
Naqif Nəmzəyev çıxışında gənc seçiciləri yarandığı vaxtdan daim ölkəmizin inkişafı üçün çalışan Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıb.
Görüşdə gənc seçicilər də çıxış edərək bildiriblər ki, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğı bugünkü gəncliyin uğurlarını təmin edib.
Qeyd olunub ki, Azərbaycan gənclərinin beynəlxalq arenada dövlət bayrağını qürurla dalğalandırmaları xalqımızın iftixar mənbəyidir.
Gənclər növbəti parlaq qələbələr üçün seçkilərdə fəal olacaqlarını və YAP-ın namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, deputatlığa namizəd Naqif Həmzəyev şəhərin Totanlı küçəsində də seçicilərlə görüşüb.



