Rövşən Nəcəf Gürcüstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

  • By ilhame
  • 20 Avqust 2024 13:26

AFFA prezidenti Rövşən Nəcəflə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili arasında görüş keçirilib.

 

Gununsesi.info milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA və GFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

 

Tərəflər əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Gununsesi.info