
“Abzas Media” işi üzrə həbs edilən jurnalistlərə əlavə ittiham verilib.
Bu barədə Gununsesi.info-ya vəkil Cavad Cavadov məlumat verib.
Saytın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər-Hafis Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Cavad Cavadov həm müdafiə etdiyi Fərid Mehralızadənin, həm də digər təqsirləndirilənlərin ittihamları qəbul etmədikləri bildirib.
Artıq cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaq üzrədir. Yaxın vaxtlarda məhkəmə başlayacağı gözlənilir.
Gununsesi.info