Kanada millisinin üzvü Fransa Liqa 1-də çıxış edəcək

  • By ilhame
  • 19 Avqust 2024 22:49

Fransanın “Nitsa” klubu heyətini Kanada millisinin üzvü ilə gücləndirib.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi Moiz Bombito ilə anlaşıb.

 

24 yaşlı müdafiəçi yeni komandası ilə 4 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Bombito son olaraq ABŞ-nin “Kolorado Repitz” kollektivində çıxış edib.

Gununsesi.info