Serbiya səfirlikləri terror təhlükəsi ilə üz-üzədir

  • By ilhame
  • 20 Avqust 2024 13:09

Serbiyanın Avropanın iki ən böyük paytaxtındakı səfirliklərinə son 24 saat ərzində terror aktları ilə bağlı təhdidlər daxil olub, diplomatik nümayəndəliklərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç deyib.

 

“Avropanın digər təhlükəsizlik orqanları ilə əməkdaşlıq edərək bu təhlükələrin qarşısının alınması və aradan qaldırılması istiqamətində işləyirik”, – o bildirib.

Gununsesi.info