
Avqustun 20-də saat 14 radələrində İsmayıllı şəhəri ərazisində “VAZ-2106” və “BMW” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundanGununsesi.info -ya bildirilib ki, hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1953-cü il təvəllüdlü Rəhimov Məhəmməd Abdul oğlu hadisə yerində ölüb, digər sürücü xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.