Konsertdə Ebru Gündeşin halı pisləşib

  • By ilhame
  • 20 Avqust 2024 20:11

Məşhur türkiyəli müğənni Ebru Gündəşin Antalya-Side konsertində səhhəti pisləşib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

 

O, yaranan problem səbəbindən konsertə fasilə verməli olduğunu açıqlayıb.

Kulisə keçən müğənni yenidən səhnəyə qayıda bilməyib.

 

Qalan 4 mahnı isə vokalçılar tərəfindən ifa olunub.

 

49 yaşlı müğənninin qan təzyiqində problem olduğu bildirilib.

 

Qeyd edək ki, bir müddət öncə müğənnin hamiləlik iddiaları yayılmışdı.

Gununsesi.info