
Demokratik Partiya daxilində Bayden dövrünün sonu, Harris dövrünün başlanğıcı elanı kimi qəbul edilən Demokrat Partiyasının Konqresi bu gün keçirilib. Zala addımlayan kimi ABŞ prezidenti Baydenin gözləri yaşla dolub və qızı Ashley Baydeni qucaqlayaraq uzun müddət ağlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, iki ay əvvəl Demokratların prezidentliyə namizədi olan Co Bayden indi partiya daxilində Kamala Harrisin “tacqoyma mərasimi ilə” başa çatacaq konqresin spikerlərindən biridir.
Son nitqini söyləməzdən əvvəl səhnəyə çıxarkən göz yaşlarını saxlaya bilməyən ABŞ-ın hazırkı prezidentinə salondakı partiya üzvləri “Təşəkkür edirəm, Co” şüarları səsləndirərkən, Bayden “Amerika, səni sevirəm”, – deyərək cavab verib.
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris və vitse-prezidentliyə namizəd Tim Walz da, Baydeni kütlə ilə birlikdə “son vəzifələrini” yerinə yetirərək ayaqüstə alqışlayıblar. Baydenin köməkçiləri bu çıxışı vida kimi təsvir etməsələr də, bir çoxları bu anın Baydenin 50 illik siyasi karyerasında son böyük səhnə çıxışlarından biri olduğunu düşünüb.
Bu qurultay Demokrat Partiyasında bir dövrün bitdiyinin, yeni bir liderliyin başladığının işarəsi olaraq tarixə düşəcək.
Günel
Gununsesi.info