
Ukrayna təcili olaraq NATO-dan mühəndis və tikinti texnikası, o cümlədən yanğınsöndürən maşınlar və ekskavatorlar tələb edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Avro-Atlantik Böhranlara Cavab Koordinasiya Mərkəzi (EADRCC) məlumat yayıb.
“Tez reaksiya, insanları xilas etmək, nəticələrin aradan qaldırılması (o cümlədən dağıntıların və xarabalıqların təmizlənməsi) və bununla bağlı tapşırıqların yerinə yetirilməsi üçün Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti təcili olaraq aşağıdakı natura şəklində yardımı tələb edir”, – deyə mesajda deyilir.
Alyansdan tələb olunan texnikalar arasında insanların təhlükəli ərazilərdən təxliyyəsi üçün 27 yanğınsöndürən maşın və yanğın nərdivanı, 27 ekskavator, o cümlədən 25 zirehli təcili tibbi yardım maşını var.
Bundan əlavə, Ukrayna ağır texnika da daxil olmaqla, çəkisi 100 tona qədər olan yüklərin daşınması üçün 30 traktorla trol tədarük etməyi xahiş edib.
Qeyd edək ki, iyul ayında Ukraynanın müdafiə naziri Rustem Umerov Ukraynanın “qələbə planını” həyata keçirmək üçün müttəfiqlərdən əlavə silah tələb edib.
Günay