
Saxlanıldığı 1 Saylı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılan sabiq deputat Hüseyn Abdullayev bir gün sonra yenidən təcridxanaya qaytarılıb.
Bu barədə Gununsesi.info-ya onun anası Zeynəb Abdullayeva deyib.
Onun sözlərinə görə, infakrt keçirən Hüseyn Abdullayevin səhhəti olduqca ağırdır: “Mənim Ombudsmana və aidiyyatı qurumlara şikayətimdən sonra onu Müalicə Müəssisəsinə köçürdülər. Ancaq imkan vermədilər ki, orada müalicə olunsun. Özləri kənardan bizim tanımadığımız həkimləri gətiriblər. Həmin həkimlər də rəy verib ki, Hüseyn stress keçirir, əsəblə bağlı olan məsələdir. Halbuki, əlimizdə onun infarkt keçirməsinə dair rəy var”.
Afət
Gununsesi.info