Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var

  • By ilhame
  • 16 Avqust 2024 22:56

Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Kovlar kəndində qeydə alınıb.

 

Qəza nəticəsində rayonun Kovlar kənd sakini, 1966-cı il təvəllüdlü Abbasov Bala Həmid oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

 

O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardımdan sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info