
Yazıçı-publisist Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” adlı yeni kitabının təqdimatı keçirilib
Gununsesi.info xəbər verir ki, tədbirdə tanınmış yazıçı və şairlər, millət vəkilləri, ictimai-siyasi xadimlər, eləcə də oxucular iştirak ediblər.
Tədbir iştirakçıları öz çıxışlarında Bahəddin Həzinin yaradıcılıq yoluna nəzər salıb, onun ədəbi və publisistik fəaliyyətini yüksək dəyərləndiriblər.
Çıxış edənlər “Göyün cazibə qüvvəsi” kitabına da xüsusi diqqət ayıraraq müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirin sonunda müəllif oxucular üçün yeni kitabını imzalayıb.