İstanbulda əyləncə məkanına qumbara atdılar - yaralılar var

Türkiyənin İstanbul şəhərinin Kağıthanə qəsəbəsində əyləncə məkanlarından birinə naməlum şəxslər əl qumbarası atıblar.

Gununsesi.info “Hurriyet”e istinadən xəbər verir ki, nəticədə 7 nəfər yaralanıb.

Hadisə ötən gecə saat 02.40 radələrində baş verib.

Bildirilir ki, motosikletdə olan iki nəfər 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən əyləncə mərkəzinə qumbara atıblar. Yaralananlardan 3-nün vəziyyəti ağırdır. Polis şübhəlilərin tutulması üçün geniş əməliyyat tədbirlərinə başlayıb.

Gununsesi.info