Bu ideya ağlıma çarəsizlikdən gəldi - KƏRAMƏT BÖYÜKÇÖL - FOTO

“Kitablarımı set şəklində 100 manata özüm çatdırmaq ideyası çarəsizlikdən ağlıma gəldi. Amma mənim üçün çox maraqlı və uğurlu oldu. Həm pul qazanıram, həm də yeni adamlarla tanış oluram, oturub kofe içirik, çay içirik, yemək yeyirik, münasibətlər yaranır, dost oluruq”.

Gununsesi.info xəbər verir ki, bunu gənc yazıçı Kəramət Böyükçöl sosial şəbəkədə yazıb.

O, həmçinin qeyd edib:

Azərbaycan xalqını topa şəklində tanıyırdım, indi də bir-bir tanıyıram. Port Bakudan yaşayan adama kitab çatdırıram, oturub kofe içirəm, ordan durub Balaxanıya gedirəm, oturub kənd toyuğunun çığırtmasını yeyirik. Ölkəyə hər yerdən baxıram, Port Bakudan, Balaxanıdan, Xırdalandan, Masazırdan, Hilton oteldən. İndi kimsə soruşacaq ki, Balaxanıda yaşayan adam 100 manatı kitaba necə verir? Çoxu vermir. Kitab istəyir. Mən də hədiyyə edirəm. Hədiyyəni də özüm çatdırıram. Eləsi da var, kitab oxumur, sadəcə ödəniş eləyir ki, istəyənə çatdır. Hələ sifarişləri yığıb Avropa ölkələrinə də kitablarımı özüm çatdıracam. İlk gedəcəyim ölkə də Almaniya olacaq. Ölkəmə və xalqıma Avropadan da baxacam.

Sonra da deyirsiniz ki, Kəramətin yazılarını niyə çox adam oxuyur, müsahibələrinə niyə çox adam baxır? Çünki ölkəmi, xalqımı yaxşı tanıyıram. Çünki ölkəmə, xalqıma hər tərəfdən baxıram.

 

 

Gununsesi.info