Dünyanın ən aktiv vulkanı yenidən püskürüb

ABŞ-nin Havay adasında yerləşən dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea vulkanı yenidən püskürüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən aktiv vulkanlarından biri olan ABŞ-nin Havay adasındakı Kilauea vulkanı dekabrın 23-dən püskürməyə başlayıb.

Havay vulkanı bu gün 23-cü dəfə püskürüb.

Havay Vulkan Rəsədxanasının məlumatına görə, vulkan 1000 fut (300 metr) hündürlüyə qədər lava püskürdü. Rəsədxanadan bildiriblər ki, aktivlik əvvəlcə şimal kraterində başlayıb və yerli vaxtla saat 16:50-də lava “fəvvarələrinə” çevrilib.

Cənub kraterində saat 17:15-də kiçik lava püskürmələri başladı.

ABŞ Geoloji Xidməti (USGS) son püskürmənin 16:15-də fasiləsiz lava atılması ilə başladığını bildirdi.

Orxan

Gununsesi.info