FHN-dən ticarət müəssisələrinin rəhbərlərinə çağırış - Video

Fövqəladə Hallar Nazirliyi (FHN) ticarət müəssisələrinin rəhbərləri və əməkdaşlarına müraciət edərək müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıb. 

Gununsesi.info  xəbər verir ki, bununla bağlı qurum tərəfindən ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxda ticarət müəssisələrinin əməkdaşlarının gündəlik iş fəaliyyətləri zamanı əməl etməli olduqları yanğın təhlükəsizliyi qaydaları öz əksini tapıb. Sadə və asan anlaşılan üslubda hazırlanmış, müvafiq videokadrların müşayiəti ilə təqdim olunan məlumatlar izləyicidə bu sahəyə dair tam təsəvvür formalaşdırır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!