
İtaliyanın bir çox şəhərində İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirənlər üçün anım mərasimləri keçirilib. Meydanlarda, pəncərələrdə və eyvanlarda kəfəni təmsil edən ağ çarşaflar və Fələstin bayraqları asılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına dünyanın hər yerindən reaksiyalar uçqun kimi artır.
İtaliyanın bir çox şəhərlərində İsrailin hücumlarında həyatını itirənlərin xatirəsinə kəfən və Fələstin bayraqlarını əks etdirən ağ çarşaflar eyvan və pəncərələrə asılıb.
Milan, Florensiya və Rimini kimi şəhərlərdə “Qəzzaya 50 min kəfən” çağırışı ilə etirazlar keçirilib.