Ordumuzda “Ən yaxşı snayper” adı uğrunda yarış - VİDEO

Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında keçirilib. Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər. 6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “İxtisas atışı”, “Məqbul atışı”, “Snayper müdafiədə”, “Snayper hücumda” və digər çalışmalar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışın yekununda qalib komandalara mükafatlar təqdim olunub.

Gununsesi.info