ABŞ-nin sanksiyaları artıracağı iddia edildi: Kremldən cavab gəldi

ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyaların artırılmasına qərar verə bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kreml bu iddiaya cavab verib.

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi bildirib ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyi ilə bağlı xəbərlər “Ukrayna üzrə sülh danışıqlarını pozmağa yönəlmiş kampaniyanın bir hissəsidir”.

Kremlin sözçüsü əlavə edib ki, Ukraynanın Rusiyaya hücumları “sülh prosesini asanlaşdırmır”.

 

Orxan

Gununsesi.info