O, sosial şəbəkədə məşhur olan oyunu oynayarkən dünyasını dəyişib

Yeni Zelandiyada bir yeniyetmə sosial mediada məşhur “Run It” oyununu oynayarkən ölüb. Oyun təhlükəli olduğu üçün mübahisələrə səbəb oldu.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yeni Zelandiya mətbuatında çıxan xəbərlərə görə, ölkənin Şimal adasındakı Palmerston North bölgəsində yaşayan Ryan Satterthwaite, sosial mediada trend olan və iştirakçıların heç bir qoruyucu vasitə istifadə etmədən bir-birlərinə doğru qaçaraq toqquşduğu “Run It” oyununu dostları ilə oynayıb.

19 yaşlı Satterthwaite oyun zamanı başından aldığı ağır zərbədən sonra xəstəxanada ölüb.

Səlahiyyətlilər Satterthwaite-nin ölümünü “faciə” kimi qiymətləndirərək dedilər: “Biz bu cür oyun və ya fəaliyyətdə iştirak etməyi düşünən hər kəsi ciddi təhlükəsizlik və yaralanma risklərini nəzərə almağa çağırırıq”.

Səlahiyyətlilər hadisə ilə bağlı cinayət işinin olmadığını və məhkəmə-tibb ekspertizasının davam etdiyini bildiriblər.

Ölümlər keçən həftə Oklenddə keçirilən “Run It Straight” yarışmasından sonra baş verib. Səkkiz nəfərin 20.000 $-lıq mükafat uğrunda mübarizə apardığı tədbirdə iki nəfər huşunu itirərək xəstəxanaya aparılıb.

Orxan

Gununsesi.info