“Everest Adamı” öz rekordunu yeniləyib

Nepallı Kami Rita 31-ci dəfə dünyanın ən yüksək dağına qalxaraq öz rekordunu yeniləyib. Rita keçən il dedi ki, “heç bir rekord qırmaq planları yoxdur, sadəcə işləyirdi”.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Everest adamı” kimi tanınan 55 yaşlı nepallı Kami Rita Himalay dağlarında dünyanın ən hündür dağı olan Everestə 31-ci dəfə qalxaraq öz rekordunu yeniləyib. Nepalın dağlıq ərazilərində , xüsusən Himalay dağlarında yaşayan Şerpa qəbiləsinin üzvü olan Rita Everesti ilk dəfə 30 ildən çox əvvəl fəth edib.

Zirvəyə qalxmağı təşkil edən Seven Summits Trekking şirkəti verdiyi açıqlamada Kami Ritanın “yalnız milli dırmaşma qəhrəmanı deyil, həm də Everestin özünün qlobal simvolu” olduğunu bildirib.

Kami Ritanın Everesə ilk qalxdığı il 1994-cü il idi. Bu, kommersiya zirvəsi idi və Rita Everesti dırmaşmaq istəyən müştərilər üçün bələdçi olaraq sonrakı illərdə demək olar ki, hər il zirvəyə qalxırdı. 

Keçən il 8849 metr hündürlüyü olan zirvəyə qalxdıqdan sonra Rita rekordu qırmaq fikrində olmadığını, sadəcə işlədiyini söylədi. 

“Rekord üçün xoşbəxtəm, amma nəticədə rekordlar qırılır. Mən daha da xoşbəxtəm ki, mənim dırmaşmalarım Nepalı dünyada tanıdıb” – deyə Sherpa 2024-cü ilin mayında AFP-yə bildirib. 

Orxan

Gununsesi.info