2 yaşlı qız hamamda vannada boğulub öldü

Dünən saat 10 radələrində paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində faciəvi hadisə baş verib.

Gununsesi.info  xəbər verir ki, qəsəbənin Xaqani küçəsində yaşayan 2023-cü il təvəllüdlü Nilay Təbriz qızı Məmmədova yaşadığı mənzilin hamam otağında vannada boğularaq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

 

 

Gununsesi.info