Xəstələrinə səhv diaqnoz qoyan həkim 10 il müddətinə həbs edildi

ABŞ-nin Texas ştatında sığorta şirkətlərindən pul əldə etmək üçün xəstələrinə səhv diaqnoz qoyan həkim 10 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info xəbər verir ki, ABŞ Ədliyyə Departamentindən verilən məlumata görə, Texas ştatının Mission şəhərində yaşayan revmatoloq Xorxe Zamora-Quezada 2000-2018-ci illər arasında xəstələrinə xroniki xəstəliklər diaqnozu qoyaraq onlara 118 milyon dollardan çox saxta tibbi sığorta iddiası təqdim edib.

O, sığorta şirkətlərindən 28 milyon dollardan çox ödəniş alıb. Həbs cəzasına əlavə olaraq, Zamora-Quezada 28 milyon 245 min 454 dollar kompensasiya ödəməli olacaq. Onun 13 mülkü, təyyarəsi və lüks avtomobili də daxil olmaqla aktivləri müsadirə edildib. Məhkəmədə təqdim edilən dəlillərə görə, Zamora-Quezada sığorta şirkətlərini aldatmaq üçün xəstələrinə revmatoid artrit diaqnozu qoyub. Bu yanlış diaqnoz xəstələrin sağalmaz bir xəstəliyə tutulduqlarına inanmalarına səbəb olub və onlardan müntəzəm müalicə almağı tələb edib. Zamora-Quezada yalan diaqnozlar qoyub, xəstələri ölümcül yan təsirləri olan müalicələr edib.

Gununsesi.info