İsrail Qəzzada məktəb və evə hücum edib

İsrail Qəzzada məktəbə hücum edərək 33 fələstinlini öldürüb. İsrailin bir evə hücumu nəticəsində 19 fələstinlinin həlak olduğu bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu işğal olunmuş və blokadada olan Qəzza zolağına hücumlarını gücləndirir. 

Əl-Əqsa televiziyası və Fələstin mənbələrinin məlumatına görə, İsrail ordusu səhər saatlarında Qəzza şəhərinin əl-Durc məhəlləsindəki Fəhmi əl-Cərcəvi məktəbini hədəfə alıb .

Qəzzadakı mülki müdafiə agentliyi bu gün səhər saatlarında İsrailin məktəbə hücumu nəticəsində 33 fələstinlinin həlak olduğunu bildirib.

Qurum hücum zamanı aralarında uşaq və qadınların da olduğu onlarla insanın yaralandığını bildirib. Hücumun baş verdiyi məktəbin ətrafında qurulan çadırlarda baş verən yanğınlar nəticəsində çox sayda insanın yaralandığı bildirilib.

 

Orxan

Gununsesi.info