Mingəçevirdə bağçada yanğın

Mingəçevirdə səfil həyat tərzi keçirən insanların sığınacağına çevirilmiş istifadəsiz uşaq bağçasında növbəti dəfə yanğına hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün axşam saatlarında Puşkin küçəsində istifadəsiz qalan 8 aylı körpələr evi – uşaq bağçasının binasında baş verib.

Hadisə yerinə yetişən yanğınsöndürmə briqadası alovu söndürüb. Əldə edilən ilkin məlumata görə, hadisə istifadəsiz və nəzarətsiz qalan binaya sığınan şəxslər tərəfindən törədilib.

Qeyd etmək lazımdır ki, nəzarətsiz buraxılan bu obyektdə tez-tez yanğın hadisələri baş verir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info