Türkiyədə mədəndə partlayış: Ölən və yaralananlar var - FOTO

Sivasın (Türkiyə) Kardere kəndindəki açıq kömür mədənində baş verən partlayışda 1 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

Gununsesi.info “Türkiye Gazetesi”nə istinadən xəbər verir ki, partlayışın səbəbi hələlik müəyyən edilməyib.

Hadisə yerinə gələn xilasetmə qrupları həyatını itirən şəxsin cəsədini çıxarıb, yaralılar isə ilk yardımdan sonra xəstəxanaya yerləşdiriliblər.

İnsidentlə bağlı araşdırma başlanıb.