Məşhur müğənni vəfat etdi

Türkiyəli məşhur müğənni İlhan Şeşen vəfat edib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni 76 yaşında vəfat edib.

O uzun müddətdir ki, xərçəng xəstəliyinə yoluxmuşdu və müalicə alırdı.

Qeyd edək ki, onun  “Ellerimde çiçekler” ve “Neler oluyor bize” kimi məşhur mahnıları var.

 

 

Gununsesi.info