Şimali Afrika ölkəsi Əlcəzairdə “korrupsiya” ittihamı ilə prezidentliyə namizədliyini irəli sürməsinə mane olan 3 nəfərə həbs cəzası verilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Əlcəzairdə 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini açıqlayan, lakin “korrupsiya” iddiaları ilə namizədliyi rədd edilən 3 nəfərin sözügedən cinayətə görə hər birinə 10 il həbs cəzası verildiyi bildirilir.
Əlcəzair mətbuatında çıxan xəbərlərə görə, 2024-cü il seçkilərində iştirak etmək üçün namizədlik sənədlərini təqdim edən, lakin “korrupsiya” səbəbiylə namizədliyi rədd edilən Saide Nağze, Bilkaşim Sahili və Abdulhakim Hamadi haqqında açılan iddiada hökm açıqlanıb.
Üç nəfərə qarşı “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “səs müqabilində nağd pul təklif etmə və alma” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb.
Bu işdə təqsirli bilinən üç keçmiş namizədin hər biri 10 il həbs və 7575 dollar məbləğində cərimə edilib. Nağzenin iki oğlu da bu işdə təqsirli bilinib və biri 8 il, digəri isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
2019-cu ildə Əlcəzairdə kütləvi xalq etirazlarından sonra vəzifəyə başlayan prezident Abdelmadjid Tebbune 7 sentyabr 2024-cü ildə keçirilən növbədənkənar seçkilərdə 94 faiz səslə eyni vəzifəyə yenidən seçilib.
Orxan