
“Biz cavanlıqda kommunizmə inanırdıq. Elə olurdu ki, gətirib mənə pul verirdilər, əlimi də vurmurdum. Məni heç vaxt pulla almaq olmaz”.
Gununsesi.info-nun məlumatına görə, bunu Xalq Yazıçısı Çingiz Abdullayev “kulis.az”a müsahibəsində deyib.
O qeyd edib ki, pulla ancaq pozğun qadınları almaq olar:
Çingiz Abdullayev solçu olduğunu bildirib:
“Hesab edirəm ki, cəmiyyətdə birinci növbədə sosial ədalət olmalıdır. Mənə böyük bir yazıçı demişdi ki, yazıçının ürəyi solda olmalıdır. O xalqı fikirləşmirsə, pis yazıçıdır. Yaxşı yazıçı xalqın əbədiyyətdə vəkilidir. Sən xalqı fikirləşmirsənsə, onda nə yazacaqsan? 2000-ci ildə 140 yazıçını bir yerə yığmışdılar. Hamısı çox tanınmış yazıçı idi. Aralarında “Nobel” mükafatı laureatı, “Plutser” mükafatı alanlar var idi. Bizə qatar vermişdilər, bütün şəhərləri gəzirdik – Madrid, Paris, Brüssel, Berlin… Hamısını gəzə-gəzə gəldik Moskvaya. Moskvada bir qız Leninlə Trotskini pisləyirdi. Baxdım, onların hamısı bu söhbətdən narazıdır, qızı doğru hesab etmirlər. Sonra bildim ki, bu yazıçıların hamısı ya kommunist, ya sosialistdir”.