Kann festivalının əsas mükafatını bu film qazandı

Bu gün Kann Film Festivalının bağlanış mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, “Qızıl palma budağı” mükafatının sahibi məlum olub.

Bu, İran rejissoru Cəfər Pənahinin “Sadə təsadüf” filmidir.

“Qızıl Palma budağı” uğrunda 20-dən çox film, o cümlədən Sergey Loznitsanın “İki prokuror”, Riçard Linleyterin “Nuvel Vaq”, Ari Asterin “Eddinqton”, Ues Andersonun “Finikiya sxemi”, Yoakim Triyerin “Sentimental dəyər” və digər filmlər mübarizə aparıb.

“Sadə təsadüf” filminin süjeti hamilə arvadı ilə avtomobil qəzasına düşən İqbaldır.
O, keçmiş məhbuslarla qarşı-qarşıya gəlir. Məhbuslar onun öz cəlladları olduğuna əmindirlər. Canilərin lideri Vahid onu əsir götürür və intiqam almaq fikrində olanlardan ibarət dəstə toplayır. Yol boyu onlar hərəkətlərinin əxlaq və ədalət qanunlarına uyğun olub-olmaması üzərində düşünürlər. Film cinayət və cəza mövzularını araşdırır və İran hökumətinin icazəsi olmadan çəkilib.

Gununsesi.info