Şimali Koreyanın ABŞ-yə “Qızıl Qübbə” cavabı: Bu, nüvə müharibəsi ssenarisidir

Şimali Koreya Xarici İşlər Nazirliyinin Amerika Araşdırmaları İnstitutu ABŞ-ın “Qızıl Qübbə” hava hücumundan müdafiə sistemi layihəsinin çox təhlükəli və təhdid edici olduğunu müdafiə edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çinin ardınca Şimali Koreya da ABŞ prezidenti Donald Tramp administrasiyasının İsraildəki “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminə bənzər şəkildə yaratmaq istədiyi “Qızıl Qübbə”yə reaksiya verib.

Şimali Koreya dövlət mediasında yer alan xəbərlərə görə, Xarici İşlər Nazirliyinin Amerika Araşdırmaları İnstitutu ABŞ-ın “Qızıl Qübbə” raketdən müdafiə sistemi layihəsini “çox təhlükəli və təhdid edici” hesab etdiyini bildirib.

“Qızıl Qübbə” planının Trampın “Öncə Amerika” anlayışının tipik bir məhsulu olduğunu bildirən qurum, sözügedən planın “özgürlük, təkəbbür, özbaşına və şıltaq tətbiqlərin zirvəsi olduğunu və kosmosda nüvə müharibəsi ssenarisi olduğunu” bildirib.

Orxan

Gununsesi.info