Nigeriyada qırğına bənzər qəza

Nigeriyada yüksək sürətlə gələn avtobusun yük maşınına çırpılması nəticəsində 5-i uşaq olmaqla 19 nəfər ölüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nigeriyanın Kogi əyalətində baş verən qırğına bənzər yol qəzası nəticəsində 19 nəfər ölüb, 8 nəfər yaralanıb .

Nigeriya Milli Yol Təhlükəsizliyi İdarəsinin Kogi Dövlət Direktoru Kumar Tsukvam açıqlamasında bildirib ki, Lokoja-Obajana şosesində sürətlə hərəkət edən sərnişin avtobusu hərəkətdə olan yük maşınına çırpılıb.

Tsukvam qəzada ölən 19 nəfərdən 5-nin uşaq olduğunu açıqlayıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Orxan

Gununsesi.info