Putin Ukraynadakı münaqişəyə son qoymağın sürətli yolunu açıqladı

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin sözün əsl mənasında xüsusi hərbi əməliyyata başlamaq məcburiyyətində qaldığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin münaqişənin mümkün qədər tez, lakin Rusiya tərəfinin şərtləri ilə dayandırılmalı olduğunu istəyib. O, həmçinin Rusiya tərəfinin sonsuz müharibə aparmaq niyyətində olmadığını, lakin öz mövqelərindən geri çəkilmək də istəmədiklərini vurğulayıb. Putin Ukraynadakı münaqişəyə son qoymağın sürətli yolunu da açıqlayıb. Onun sözlərinə görə, ABŞ Kiyevə silah tədarükünü dayandırarsa, bu vəziyyətə bir neçə həftə ərzində son qoyulması mümkündür.

Gununsesi.info